Layihə haqqında
Mayak Residence şəhər mərkəzinə 12 dəqiqəlik məsafədə yerləşən, Bakı şəhərinin yeni siması olmaqda iddialı, premium həyat standartlı, eyni zamanda həm göl, həm də dəniz mənzərəsi olan ilk və tək yaşayış kompleksidir.
Layihə, tikinti bazarında öz sözünü demiş iki böyük şirkətin – Melissa Group və Minera Group-un birgə əməkdaşlıq layihəsidir.
Mayak Residence yaşayış kompleksinin konseptual və memarlıq layihələndirməsi üzərində Türkiyənin ən böyük memarlıq şirkəti olan «Kreatif Mimarlık» başda olmaqla “Yeşil Vadi mimarlık”, “German Landscape Studio” kimi memarlıq şirkətləri çalışmışdır.
59 bloklu meqa yaşayış kompleksi 4 böyük massivdən ibarətdir. Ümumi 30 hektara yaxın ərazini əhatə edən Mayak Residence layihəsinin 10 000 ağacın əhatəsində ümumi 21 hektar olmaqla, 7 hektar açıq, 14 hektar qapalı parkı mövcuddur. Yeni şəhərsalma standartları ilə layihələndirilən yaşayış kompleksi gözoxşayan müxtəlif infrastruktur elementləri ilə komfortlu və keyfiyyətli yaşam təmin edəcək.
Mayak Residence-in yerləşdiyi ünvan strateji olaraq seçilmişdir. Bakı şəhərinin 2040-cı il baş planına əsasən, bu ərazi Mərkəz Bakı planının bir hissəsidir. Kompleksin yaxınlığında yerləşən Zığ gölü, aktiv ictimai yaşıllıqlar və rekreasiya zonalarına çevrilməsi planlaşdırılan 4 böyük Abşeron gölündən biridir. Buna görə də Mayak Residence bütün standartları ilə regionun ən sürətli dəyər qazanacaq investisiya layihəsi hesab edilir.
massiv
blok
ha
parkağac
Mayak Residence-in missiyası, Bakı şəhərinin memarlığına yeni bir nəfəs gətirən, şəhər və təbiətin harmoniyasını təmin edən, yüksək keyfiyyətli və innovativ yaşayış məkanı yaratmaqdır. Sakinlərimizə meqainfrastruktura sahib layihədə komfortlu həyat sürmək imkanı yaradaraq bir yaşayış kompleksindən daha artığını təqdim etmək əsas hədəfimizdir.
Mayak Residence-in vizyonu, Bakı şəhərinin premium yaşayış standartlarını yenidən müəyyənləşdirərək, şəhərin ən cazibədar və arzulanan yaşayış kompleksinə çevrilməkdir. Biz, müasir memarlıq və texnoloji yenilikləri birləşdirərək, sakinlərimizə həm estetik baxımdan gözoxşayan, həm də funksional və dayanıqlı yaşam sahələri təqdim etməyi hədəfləyirik. Hər bir detalda keyfiyyətə və incəliyə önəm verərək, şəhər həyatının bütün üstünlüklərini təbiətlə harmoniya içində təqdim edən bir kompleks yaratmaq istəyirik.
Kompleksin təqdim etdiyi xidmətlər sayəsində iş, yaşam, əyləncə və sosial həyatınız arasındakı tarazlığı qoruya biləcək və həyat standartınızdakı yüksəlişi hiss edəcəksiniz. Mayak Residence həm yay istirahət zonalarına, həm də hava limanına ən yaxın məsafədə yerləşən yeganə yaşayış kompleksi olaraq, eyni zamanda şəhər həyatının bütün üstünlüklərinə sürətli çıxışı təmin etməklə ideal bir tarazlıq yaradır.
Sizi həyat standartınızı yüksəldəcək və ona dəyər qatacaq bir layihəni kəşf etməyə, satış mərkəzimizə dəvət edirik!
Peşəkar komandamız sizə layihə haqqında ətraflı məlumat verəcək, mənzil seçimlərinizdə və digər suallarınızda yardımçı olacaq. Sizi rahat və zövqlə dizayn edilmiş ofisimizdə qarşılamaqdan məmnun olarıq.